Cəmiyyət

Cəlilabad bazarında ölüm hadisəsi baş verib

Sharing is caring!


Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra onun dünyasını dəyişdiyi məlum olub.

Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir