Cəmiyyət

Bakıda maşında iki nəfəri güllələyən şəxsin cəzası azaldılıb

Sharing is caring!


Paytaxtda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən Tural Nağıyevin cəzası 9 il 10 aya endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldıb.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.

Belə ki, T.Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Zülfü İlqar oğlu Muradov və 1984-cü il təvəllüdlü İlkin Gülhüseyn oğlu Bağıyev yaralanıblar. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir