Siyasət

“Ermənilər öz həyatlarını dinc Azərbaycan vətəndaşı kimi davam etdirməlidirlər” – ŞƏRH

Sharing is caring!


“Ermənilər ağ bayraq qaldırdılar. Onların ambisiyaları, süni şəkildə, problem adı ilə ortaya atdıqları məsələlər arxada qaldı. Biz indi danışıqlara gedirik, öz torpağımızdayıq. Əsas məqsədimiz isə Azərbaycanın inkişafı, ərazi bütövlüyü, təhlükəsizliyi, Cənubi Qafqazda sülhün təmin edilməsidir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. O qeyd edib ki, Qarabağ regionu həmişə Azərbaycanın inkişaf etmiş, qabaqcıl bölgələrindən biri olub:

“İnanıram ki, bundan sonra Qarabağ iqtisadi rayonuna daha çox investisiya qoyulacaq, infrastruktur obyektləri tikiləcək, orada yaşayan həm etnik ermənilər, həm də dədə-baba torpağına qayıdan azərbaycanlılar bütün imkanlardan faydalanacaqlar.

Təbii ki, biz dinc erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Onlar Azərbaycan Konstitusiyasının normalarına əməl etməlidirlər. Erməni sakinlərin təhlükəsizliyini qoruyacaq, sosial cəhətdən bütün Azərbaycan vətəndaşları ilə bərabər hüquqları təmin edəcəyik. Amma ermənilər Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməli, öz həyatlarını dinc Azərbaycan vətəndaşı kimi davam etdirməlidirlər.

İstisna etmirəm ki, etnik ermənilərlə danışıqlar rəsmi İrəvan hakimiyyətinə də müsbət təsir edəcək. Beləliklə, Ermənistanla sülh sazişinin imzalanması da uzaqda deyil”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir