Cəmiyyət

Paytaxda yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qələbə dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik vasitəsinin sürücüsü maşını “Toyota Prius” markalı avtomobilə çırpıb.

Məlumata görə, bir nəfər yüngül xəsarət alıb. Toqquşma nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə avtomobillər qəza yerindən evakuasiya edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir