Cəmiyyət

Azərbaycanda son bir həftədə 380 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölüb – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (25.09.2023-01.10.2023) 380 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son həftə ərzində 3 856, hazırkı dövrədək isə 7 688 073 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir