Cəmiyyət

Qayınatasını diri-diri yandıraraq öldürən şəxs hökmdən narazıdır

Sharing is caring!


Bakıda qayınatasını diri-diri yandıraraq öldürməkdə təqsirləndirilən Rövşən Əhmədovun (soyad şərtidir) barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-in 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib və 18  il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında baş verib.

Belə ki, 43 yaşlı Rövşən Əhmədov arvadı Lamiyə Əhmədovanın (soyad şərtidir) ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu axtarmaq üçün qayınatasıgilə gəlib. İçkili halda qayınatası Mütəllim Tağıyevin evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim Tağıyev ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir