Cəmiyyət

Bakı dairəvi yolunda qəza olub, ölən var – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb.

Şosedə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən təxminən 30-35 yaşlı kişini “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şosedə sıxlıq yaranıb. Ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Sürücünün izahatı alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir