Cəmiyyət

Baş prokuror: “Ermənistan mina xəritələri, məzarlıqların yeri barədə dəqiq məlumatlar vermir”

Sharing is caring!


“İşğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı tərəfimizdən beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O təəssüflə bildirib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələri, kütləvi məzarlıqların yeri barədə dəqiq məlumatlar vermir:

“Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəf bu məsələdə Azərbaycanla əməkdaşlıq etməsə də biz zamanla bu prosesi davam etdiririk”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir