Cəmiyyət

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb

Sharing is caring!


Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror əməliyyatından sonra, Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədi ilə, yanacaq, ərzaq və digər təminatlarla yanaşı, əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. 30 sentyabr tarixində yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir