Cəmiyyət

Paytaxtda daxili iməcilik: 547 küçə yuyuldu – YENİLƏNİB + FOTO

Sharing is caring!


Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 30-da paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 547 əsas küçə və prospektlərinin, həmçinin, qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.

Qeyd edilib ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşməsinə böyük töhfədir.

11:48

Payız mövsümündə şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-sahman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sentyabr ayının 30-da paytaxtın mərkəz ərazisində və qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, qəsəbədaxili küçələr və yollar, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin, yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir