Cəmiyyət

Ağalı kəndində ağacəkmə aksiyası keçirilib

Sharing is caring!


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngiland təşkil olunmuş “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun iştirakçıları Zəngilan rayonunun Ağalı kəndində ağac əkiblər.

“Report” xəbər verir ki, tədbir iştirakçılarına kəndlə bağlı məlumat verilib.

Qonaqlar sakinlərlə görüşüb, onlara yaradılmış şəraitlə tanış olublar. Vurğulanıb ki, burada müasir şəhərsalma standartları tətbiq olunub.

Azərbaycanda ilk “Ağıllı kənd”in təməli 2021-ci ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağalı kəndində qoyulub. 2022-ci ilin may ayında layihənin birinci mərhələ üzrə açılışı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir