Cəmiyyət

Sabah bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq

Sharing is caring!


Azərbaycanda avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-28, gündüz 37-40, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44 dərəcə isti, dağlarda isə gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir