Cəmiyyət

Bakıda avtomobil 68 yaşlı kişini vurub

Sharing is caring!


Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin yaxınlığında avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Xanlar Əli oğlu Zülfüqarovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir