Cəmiyyət

Danlanmasına görə atasını qətlə yetirən oğula hökm oxundu

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonunda atasını öldürməkdə təqsirləndirilən Pərvin Nəmətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Pərvin Nəmətov süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən münaqişə zəminində atası Hacıkərim Nəmətovu bıçaqlayaraq qətlə yetirib. Hadisəyə səbəb isə atasının təqsirləndirilən şəxsi danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsi olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir