Cəmiyyət

Zaur Əliyev: “Tibb müəssisələrində keyfiyyətli xidmət artdıqca həkimlərin məvacibi də artır”

Sharing is caring!


“Tibb müəssisələrində keyfiyyətli xidmət artdıqca həkimlərin məvacibi də artır. Tibb müəssisələri bunun marağındadır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bu gün İTSDA-nın media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, həkimlərin əməkhaqqı ilə bağlı artımlar da qeydə alınıb:

“2019-cu il ilə 2023-ü müqayisə etsək, həkimlərin məvacibində ciddi artım olduğunu görərik. Əvvəl vahid tarif cədvəli ilə hesablanırdısa, bu gün bonuslar, əlavələr də mövcuddur.

Əvvəl 400 manat civarında olan əməkhaqqı 2 000 manatadək qalxıb. Bu, görülən işlərin müsbət dinamikasından xəbər verir. Xüsusilə dövlət tibb müəssisələrində bundan sonra da görüləcək işlər çoxdur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir