Cəmiyyət

Zaur Əliyev: “Azərbaycanda 10 milyonluq əhalinin hamısının sığortaya əlçatanlığı var”

Sharing is caring!


“Artıq Azərbaycanda 10 milyonluq əhalinin hamısının sığortaya əlçatanlığı var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bu gün İTSDA-nın media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, xidmətlərə əlçatanlıq qarşıya qoyulan əsas məqsədlərdən olub:

“2017-ci ildə pilot layihə ilə başlasaq da, bu gün “Xidmətlər zərfi”nə daxil olan xidmətlərin sayı 3 315-ə çatdırılıb. Bu gün düşünürük ki, sığorta modeli və əhalinin öz xərcləri müqayisə edildikdə vətəndaşın tibb ilə bağlı maliyyəsinin böyük hissəsi cibində qalır. Biz bu agentliyi məhz bu məqsədlə açdıq.

Ölkə başçımız bizə bu layihədə əsas dəstəyi verdi. Aidiyyəti qurumlar – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə Nazirliyi öz növbəsində bizə dəstək oldular. Bu yolda birgə nail olduğumuz uğurlara görə hər birimizə təşəkkür düşür. Bundan sonra da biz bu layihəni təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir