Cəmiyyət

Bakıda maşınla qadını vuraraq qaçan sərxoş sürücüyə AĞIR CƏZA

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Əli Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində paytaxt ərazisində yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əli Əkbərov sərxoş halda idarə etdiyi, tanışına məxsus “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olan zaman piyada, zərərçəkmiş Mələk Qafarovanı (şərti) vurub. Zərərçəkmiş qadın 19 fevral 2023-cü il tarixdə, saat 00:00-da müalicə olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb. Hadisədən sonra Əli Əkbərov ərazidən qaçıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir