Cəmiyyət

Ali Məhkəmə piyadanın ölümündə günahlandırılan sürücüyə bəraət verdi

Sharing is caring!


Bu gün Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kazım Zərbiyev barəsindəki qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bu barədə Oxu.Az-a vəkil Əli Hüseynov məlumat verib. O qeyd edib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, məhkəmə prokurorun protestini təmin etməyib və bəraət qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Vəli Müslüm oğlu Qasımov 7 avqust 2021-ci il tarixdə, saat 22 radələrində “Mazda CX-5” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə hərəkətdə olarkən həmin küçədə dayanmış piyadalar 2008-ci il təvəllüdlü, Nurlan Əlyar oğlu Baxışovu və Əlyar Nurlan oğlu Baxışovu vurub. Nəticədə piyada Nurlan Baxışov zərbədən əks hərəkət zolağına düşməklə əks istiqamətdə olan Zəbiyev Kazım Qasım oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qabaq hissəsinə çırpılaraq aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 263.4-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki sürücü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Qasımov 5 il 1 ay azadlıq məhrum edilib. Digər təqsirləndirilən şəxs K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib. Qərardan narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir