Cəmiyyət

Azərbaycanda daha 50 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölüm halı aşkar edilməyib.

Azərbaycanda indiyədək ümumilikdə 824 691 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 399 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 1 868, hazırkı dövrədək isə 7 389 919 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir