Cəmiyyət

Sumqayıtda üç minə yaxın sakinin yaşadığı əraziyə yeni su xətləri çəkilir – FOTO

Sharing is caring!


Sumqayıtda üç minə yaxın sakinin yaşadığı əraziyə yeni su xətləri çəkilir.

“Report”un yerli bürosu xəbər verir ki, Novxanı bağları yaşayış massivində su xətti çəkilir. “Azərsu” ASC Bağlar Sukanal İdarəsindən bildirilib ki, yeni xətt 500-ə yaxın abonentə verilən suyun keyfiyyətini daha da yaxşılaşdıracaq.

Bundan başqa, Sahil küçəsində yerləşən kafe, restoran və digər ictimai-iaşə obyektlərinin kanalizasiya xətləri magistral xəttə birləşdiriləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, uzunluğu 7 km olan adıçəkilən küçəyə 70 000 kvadratmetr asfalt vurulması nəzərdə tutulub. Artıq yolun istismara yararsız asfalt qatının qaşınmasına başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir