İdman

Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıblar

Sharing is caring!

Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıblar.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Hikmət Qafarlı 24-29 avqustda İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23-28 avqustda Türkiyədə gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir