Cəmiyyət

Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar – VİDEO

Sharing is caring!


Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon  Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun müxtəlif ərazilərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunan 4 nəfər şəxs saxlanılıb.

Onlar Quba rayon sakini  Rəşad Quliyev, Beyləqan rayon sakinləri Nadir Nadirli, Bəxtiyar Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynovdur. 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan evlərə girərək oradan 1 350 manat pul, 100 ABŞ dolları və ümumi dəyəri 1 110 manatdan çox olan qızıl-zinət əşyaları oğurlayıblar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rəşad Quliyev, Nadir Nadirli və Bəxtiyar Nərimanovun barəsində həbs, Röyal Hüseynovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir