Cəmiyyət

Qarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil veriblər

Sharing is caring!


Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindəki erməni yaraqlıları indiyədək 6 zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə vasitələr və daşınan zenit raket kompleksi (DZRK), habelə 130 minə yaxın döyüş sursatı təhvil veriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək qeyd olunanlar təhvil verilib: 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı”, – məlumatda diqqətə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir