Dünya

Türkiyənin energetika naziri: “Rusiya qazının rublla alınmasına dair razılıq əldə olunub” – VİDEO

Sharing is caring!

“Ankaranın Rusiya qazını rublla almasına dair razılıq əldə olunub”.

Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bəyan edib.

“Təbii qaz ödənişləri üçün rublla ticarət məsələsi liderlər arasında da öz təsdiqini tapdı. Hazırda biz tranzitin müəyyən hissəsinin türk lirəsi ilə ödənilməsi imkanlarını müzakirə edirik”, – deyə qurum rəhbəri bildirib.

O əlavə edib ki, çatdırılma qrafiki və alış qiymətləri yaxın günlərdə təsdiqlənəcək.

Mənbə: Anadolu Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir