Cəmiyyət

Azərbaycanda şəhərsalma həftəsi başlayır, Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcək

Sharing is caring!


Azərbaycanda şəhərsalma həftəsi başlayır, Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimunah Mohd Şərif ilə keçirdiyi görüşdə bildirilib.

Bildirilib ki, Azərbaycanın “UN-Habitat” ilə birgə ötən ilin oktyabrında Dayanıqlı İnkişaf Məqsədləri və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması məmnunluq hissi ilə qeyd olunub. Bundan əlavə, Azərbaycan tərəfindən “UN-Habitat” ilə birgə bu il sentyabrın 29-dan etibarən “Şəhərsalma həftəsi” çərçivəsində bir sıra yüksəksəviyyəli tədbirlər, o cümlədən sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakıda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi kimi” mövzusunda II Milli Şəhərsalma Forumunun təşkil olunacağı bildirilib və ölkənin ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcəyi vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir