Cəmiyyət

“Nərimanov” dəmiryol stansiyası nə vaxt açılacaq?

Sharing is caring!


Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarı “Nəriman Nərimanov” dəmiryol stansiyasından keçir. Lakin stansiya işlək vəziyyətdə olmadığından qatar burada dayanmır. 

Son günlərdə bu stansiyanın açılması ilə bağlı Lent.az-ın redaksiyasına çoxsaylı müraciət daxil olub. 

Maraqlıdır, görəsən, “Nəriman Nərimanov” dəmiryol stansiyası nə vaxt fəaliyyətə başlayacaq?

Məsələ ilə bağlı ”Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir:

“Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir