Cəmiyyət

Qaz qoxusu və qorxusu: Bağçanın yaxınlığında qazsızma var? – VİDEO

Sharing is caring!


Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 nömrəli uşaq bağçasının yaxınlığından kəskin qaz qoxusunun gəldiyi iddia edilib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, isti havada pəncərəni aça bilmirlər.

Kəskin qaz iyindən şikayət edən vətəndaşlar qeyd ediblər ki, vəziyyət üç aydan çoxdur ki, belədir.

4 nömrəli bağça da deyilən iddiaları təsdiqləyib.

“Otaqların pəncərələri aylarla bağlı qalır. Səbəb qaz qoxusu və qorxusudur”.  

“Azəriqaz”dan məsələ ilə bağlı bildirilib ki, iki il əvvəl sözügedən əraziyə polietilen borular çəkilib və köhnə boruların ağzı bağlanıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir