Cəmiyyət

Qaxda iki minik maşını toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Qaxda yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, axşam saatlarında rayonun Qaxbaş kəndində VAZ 2107 markalı minik maşını ilə “QAZ 21” toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir