İdman

Drakslerin yeni komandası bəlli oldu

Sharing is caring!


Almaniya millisinin sabiq yarımmüdafiəçisi Yulian Draksler PSJ-dən “Əl-Əhli”yə keçib.

Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə bağlayıblar. Alman yarımmüdafiəçi “Əl-Əhli”də yeddi nömrə altında çıxış edəcək.

Xatırladaq ki, Draksler 6 il əvvəl “Volfsburq”dan PSJ-yə keçmişdi. O, ötən mövsümü icarə əsasında Lissabon “Benfika”sında keçirib və bütün turnirlərdəkı 18 oyunda iki qol vurub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir