Cəmiyyət

Astara RİH: Rayonun 15 mindən çox sakininin istifadə etdiyi körpünü sel yuyub

Sharing is caring!


Astara rayonunun 15 mindən çox sakininin istifadə etdiyi körpünü sel yuyub. 40 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Bu barədə Oxu.Az-a Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, yağışlı hava şəraitinin davam etməsi fəsadların aradan qaldırılmasına maneə törədir:

“Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb. Siyəku kənd inzibati ərazi dairəsi üzrə 24 kənd, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyi üzrə 10 kənd, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin üzrə 6 kəndlə əlaqə kəsilib.

Eləcə də Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10 metr olan dəmir körpünü sel aparıb. Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb”.

Bildirilib ki, Ərçivan çayı daşıb və nəticədə qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb:

“Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 və 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir