İdman

“Qarabağ” və “Sabah” avrokubok oyunları üçün səfərə yollandılar – FOTO

Sharing is caring!


Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” və “Sabah” səfər oyunları üçün yola düşüblər.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq “Qarabağ” Polşaya gedib.

Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində RFŞ-lə qarşılaşacaq “Sabah” Latviyaya yollanıb. Bu komandaların ilk oyunu sabah baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir