Cəmiyyət

Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alanlar var

Sharing is caring!


Goranboy rayonunun Tatarlı kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Təyübə Cəbi qızı Ələsgərova, 1992-ci il təvəllüdlü Toğrul Çapay oğlu Ələsgərov, 2001-ci il təvəllüdlü Arzu Rüfət qızı Ələsgərova, 2020-ci il təvəllüdlü Aylin Toğrul qızı Ələsgərli, 1999-cu il təvəllüdlü Aytac Etibar qızı Babayeva, 1995-ci il təvəllüdlü Zeynalabdin Çapay oğlu Ələsgərov və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyətləri kafi və qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir