Cəmiyyət

Connect ailəsi “Bilik Günü” münasibəti ilə “Nur Uşaq Evi”ni ziyarət edib – VİDEO

Sharing is caring!


Connect QSC silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir. Connect ailəsi bu dəfə 15 Sentyabr “Bilik Günü” münasibəti ilə Ramana qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ni ziyarət edib.

Sözügedən uşaq evində 30-dan çox azyaşlı və məktəbli uşaqlar qalırlar. Valideyn himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar. Connect əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və məişət texnikaları uşaqların sevinc və həyəcanına səbəb oldu.

Beləcə, Connect heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Qeyd edək ki, “Connect” QSC, 2005-ci ildən Azərbaycanın bir çox bölgəsində və Bakı şəhərində telekommunikasiya xidmətləri üzrə fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir