Cəmiyyət

Azərbaycanda neçə avtomobil oğurlandığına görə axtarışdadır? – RƏQƏMLƏR

Sharing is caring!


Azərbaycanda 351 avtomobil qaçırılıb və onların axtarışları davam edir.

Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin saytının “Axtarışda olan nəqliyyat vasitələri” bölməsinə istinadən bildirir.

Həmin rəqəm 2005-ci ildən 2023-cü ilədək olan dövrü əhatə edir.

2022-ci ildə Azərbaycanda üç avtomobil oğurluğu qeydə alınıb. 2021-ci ildə də eyni sayda avtomobil oğurluğu hadisəsi olub.

2020-ci il üçün isə bu rəqəm daha çoxdur – 18 avtomobil qaçırılması hadisəsi.

Qeyd edək ki, həmin avtomobillərin axtarışı “Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında” Təlimata əsasən həyata keçirilir.

Axtarış işinin əsasını oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrini aşkar etmək, nəqliyyat vasitələrini oğurlayan, qaçıran şəxsləri müəyyən edərək saxlamaq, eləcə də nəqliyyat vasitələrini ələ keçirmək məqsədilə sürücülərə zor tətbiq edən, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin müəyyənləşdirilməsi təşkil edir.

Cinayət işlərinin istintaqı ilə əlaqədar nəqliyyat vasitələrinin axtarışı Dövlət Yol Polisi və digər xidmət əməkdaşlarının cəlb edilməsilə DİN-in cinayət-axtarış xidmətləri tərəfindən aparılır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir