Dünya

Alparslan Bayraktar: “Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək”

Sharing is caring!


“Elektrik enerjisi və təbii qaza olan tələbatı son 20 ildə üçqat artan, təkcə elektrik enerjisinə tələbatı illik 4,7 faiz artan Türkiyə bunu qarşılamağı və enerji sahəsində xaricdən asılılığını azaltmağı hədəfləyir”.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası” Beynəlxalq Konfransında deyib.

A.Bayraktar bildirib ki, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ceyhan qaz kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru xətləri kimi bölgəmizin və Avropanın enerji təhlükəsizliyinə böyük dayaq olan layihələri, yeni dönəmdə elektriklə bağlı layihələri, mədənçilik kimi fərqli sahələri də inkişaf etdirmək əzmindədirlər.

“Zəngin karbohidrogen qaynaqlara malik olan qardaş ölkə Azərbaycanın da enerji sahəsində bənzər hədəfləri olduğunu bilirik. Hər atdığı addımda dəstəyimizi güclü şəkildə göstərdiyimiz Vətən müharibəsi ilə işğaldan azad edilən bölgələrdə və Naxçıvanda həyata keçirilməsi planlaşdırılan yaşıl enerji konseptinin reallaşmasında həm dövlət, həm də özəl sektorda hər zaman Azərbaycanın yanında olacağıq. Enerji forumumuzun sonunda həyata keçirəcəyimiz layihələr ölkələrimiz arasındakı dostluğu bir daha təkmilləşdirəcək, Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək”, – deyə nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir