Dünya

Bayden NATO sammitində ABŞ-ın Avropadakı hərbi mövcudluğu barədə açıqlama verəcək

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden Madriddə keçiriləcək NATO sammitində əlavə Amerika qüvvələrinin bir hissəsinin Polşada qalma müddətinin uzadılacağını elan etməyi planlaşdırır.

Bu barədə “NBC News” mənbələrə istinadən xəbər verir.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, Bayden bir sıra Baltikyanı dövlətlərdə qoşunların yerləşdirilməsi ilə bağlı dəyişiklikləri də açıqlayacaq. Amerika hərbçilərinin yerləşmə parametrlərindəki dəyişikliklər Litva, Latviya və Estoniyadakı kontingentlərə təsir göstərə bilər.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyansın Madriddə keçiriləcək sammiti çevik reaksiya qüvvələrinin sayının artırılması ilə bağlı qərar qəbul etməyə imkan verəcək.

“Biz çevik reaksiya qüvvələrimizin sayını nəzərəçarpacaq dərəcədə artıracağıq: 300 mindən çox döyüşçü olacaq”, – deyə o, Brüsseldə keçirilən mətbuat konfransında sammitin planları barədə danışarkən qeyd edib.

Qərb mediası vurğulayır ki, hazırda alyansın təhlükəsizliyə təhlükə yarandığı təqdirdə istifadə edə biləcəyi hərbi personalın sayı 40 minə yaxındır.

Bundan əlavə, Stoltenberq NATO-nun alyansın şərqindəki səkkiz ölkədə yerləşdirdiyi döyüş qruplarını gücləndirmək planlarını açıqlayıb.

“Biz ərazimizin şərqindəki döyüş qruplarını briqadalar səviyyəsinə qədər gücləndirəcəyik”, – deyə baş katib bildirib.

NATO sammiti iyunun 28-30-da İspaniyanın Madrid şəhərində keçiriləcək.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir