Cəmiyyət

Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək – FOTO

Sharing is caring!


Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, şəhərin Seyrangah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 130 vakansiya təqdim ediləcək.

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ediləcək. Yarmarka iştirakçılarına agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumatlar veriləcək.

Yarmarka saat 10:00-dan 13:00-ə kimi davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir