Cəmiyyət

Bakıda istismar müddətini bitirmiş minlərlə bina var – FOTO

Sharing is caring!


“Hazırda Bakı şəhərində 11 minə yaxın istismar müddətini bitirmiş bina var”.

Bunu Oxu.Az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.

Onun sözlərinə görə, 150-dən çox qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli yaşayış binası var:

“Qəzalı binaların müəyyən olunması ilə bağlı monitorinq aparılsa, əlavələr qeydə alına bilər. Çünki 150-dən çox qəzalı bina vətəndaşların müraciətləri əsasında monitorinq edilib və qeydə alınıb”.

Ekspert əlavə edib ki, istismar müddəti bitmiş binalar əsasən Yasamal, Səbail, Nəsimi, Nərimanov rayonlarında yerləşir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-ci il qərarı ilə qəzalı binalar sökülür və yerlərində yeniləri tikilir. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir