İdman

Tayson Fyuri karyerasını bərpa edir – VİDEO

Sharing is caring!

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri karyerasını bərpa etmək qərarına gəlib.

Bu barədə 33 yaşlı idmançı öz “Twitter” hesabında məlumat verib.

Fyuri üçüncü dəfə həmyerlisi Derek Çisora ​​ilə döyüşməyə hazırlaşır.

Qeyd edək ki, Fyuri apreldə Dillian Uaytı məğlub etdikdən sonra karyerasını bitirdiyini açıqlamışdı. Britaniyalı peşəkar rinqdə keçirdiyi 33 döyüşdən 32-də qələbə (23-ü nokautla) qazanıb.

Fyuri 2011 və 2014-cü illərdə Çisoranı iki dəfə məğlub edib. Hazırda Çisoranın 38 yaşı var. Boksçu hesabında 33 qələbə və 12 məğlubiyyətə malikdir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir