Cəmiyyət

Layihə rəhbəri: “Sərgi pavilyonunda 150 şirkətin stendinin yerləşdirilməsi gözlənilir”

Sharing is caring!


“Heydər Əliyev adına Mərkəzin və Konqres Mərkəzinin ortasında Beynəlxalq Astronavtika Konqresi üçün sərgi pavilyonu quraşdırılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova “74-cü Beynəlxalq Astronavtika konqresinin” media brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, müvəqqəti sərgi Mərkəzinin tikintisi sürətlə davam edir:

“2-6 oktyabr çərçivəsində adıçəkilən hər üç bina fəaliyyət göstərəcək. Sərgi pavilyonunun ümumi ərazisi 7800 kvadratmetrdir. Onun təxminən 4250 kvadratmetrlik hissəsində stendlər qoyularaq satışlar həyata keçiriləcək. Bu layihədə “Azərkosmos” tək deyil, bizimlə yanaşı sponsor və partnyorlarının da stendləri var. Sərgi pavilyonunda 150 şirkətin stendinin yerləşdirilməsi gözlənilir. Bu stendlərdə 36 ölkənin təmsilçiləri olacaq. Layihəyə 30-a yaxın sponsor dəstək verir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir