Cəmiyyət

BMU-nun yeni rektoru kimdir? – DOSYE

Sharing is caring!


Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.

Oxu.Az xatırladır ki, yeni təyin olunan rektor 2021-ci ilə qədər Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bundan başqa o, 2014-cü ildə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Yaqub Piriyev həmin təyinata qədər isə uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı olub.

Dövlət başçısının 23 iyun 2021-ci ildə imzaladığı sərəncamla Y.Piriyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir