Cəmiyyət

Həkim: “Düzgün seçilməyən məktəbli çantası skolioz yarada bilər”

Sharing is caring!


“Məktəbli çantaları ilə bağlı müraciətlər çox olur. İnkişaf edən, böyüyən bir orqanizm üçün həddən artıq ağırlıq məsləhət görülmür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində uşaqların onurğa sağlamlığına həsr olunmuş canlı yayımında qurumun mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

O bildirib ki, çantanın ağırlığı bədən çəkisinin 10 faizindən artıq olmamalıdır:

“Valideynlər çox vaxt çanta alarkən əlavə aksesuarları olan, ağır çantalara üstünlük verirlər. Bu da məktəbli ləvazimatları ilə birgə çantanın daha da ağır olmasına səbəb olur. Ehtiyac olmadığı halda böyük su qabları, lazımsız əşyalar yığılmasına gərək görmürük.

Seçim zamanı yandan asılan deyil, hər iki çiyinə bərabər asılan bel çantalarını almaq məsləhət görülür. Bəzən uşaqlar ikitərəfli çiyinə asılan çantaları bir çiyinə asaraq daşıyırlar və bu, onurğada problemlərə, skoliozun yaranmasına, qamətdə asimmetriyaya səbəb olur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir