Cəmiyyət

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Sharing is caring!


Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə sentyabrın 21-24-də Bakıda “Gənc Fest” festivalı keçiriləcək.

“Report” xəbər verir ki, Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşından 29 yaşınadək hər kəs qatıla bilər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür.

Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartlarını (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir