Cəmiyyət

Şamaxıda ər arvadını və digər qadını bıçaqladı

Sharing is caring!


Şamaxıda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir