Cəmiyyət

Azərbaycanın bəzi bölgələrinə leysan yağıb – FAKTİKİ HAVA

Sharing is caring!


Ölkə ərazisində faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabrın 12-si saat 15:00-a olan məlumata əsasən, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda leysan xarakterli yağış yağıb.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-də 24 dərəcəyədək, Aran rayonlarında 21 dərəcəyədək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir