Cəmiyyət

Bəzi rayonlarda iki gün qaz olmayacaq

Sharing is caring!


Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 09:00-dan təmir işlərinə başlanılaraq sentyabrın 13-də işlər yekunlaşanadək “Xaldan” ölçü qovşağı üzərində olan “Xaldan Əhali” ölçü qovşağından, magistral qaz kəmərindən qidalanan “DAN MMC” və “Şəki Kərpic zavodu” ölçü qovşaqlarından, “Oğuz”, “Yaqublu”, “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin “Şıxlı” Qaz Paylayıcı Stansiyada (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (iki gün ərzində) Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (bir gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir