Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı aktrisa ermənilərə öz dillərində müraciət etdi – VİDEO

Sharing is caring!


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Dilicana ayaqyalın qayıtmaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın, Qaraqoyunlu dərəsinin, Karvansara (indiki İcevan) rayonunun Dilican şəhər sakini Ellada Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu 2 nömrəli şəhər orta məktəbinə necə qəbul olunmasından danışıb: “Uşaqlıq illərim çox yaxşı keçib. Rus dilini bilmədiyim üçün məktəbə erməni dilində götürmək istəyirdilər. Qocaman rus müəllim sonda məni məktəbə qəbul etdi. Sinif yoldaşlarım rus, erməni və yəhudilər idilər”.

Onun sözlərinə görə, 5-ci sinifdə oxuyarkən ailəsi ilə birgə qaçqın düşdüyünü o qədər də dərk etməyib:

“O yadımdadır ki, asfalt yollarla yox, dərə-təpə yollarla gedirdik. Birdən hərbi paltarda saqqallı kişilər maşına hücum elədilər. Mən onda qorxunc adamları ilk dəfə gördüm. Saxladılar, bizi düşürtdülər. Erməni dilində danışırdılar ki, hə, düşün tez olun! Bunlar türklərdir! Hamımız düşdük maşından. Biz piyada uzun-uzadı yol gedərək Qazax rayonuna gəldik. 1988-ci ilin noyabr ayında qaçqın düşdük və yeni ilə qədər Qazax rayonunda qaldıq. Anam ilə atam bizi Sumqayıta gətirdilər. Sumqayıtda xalam gildə qaldıq, orada məktəbdə oxudum. 1989-cu ilin mart ayında ermənilərlə azərbaycanlılar, qaçqın düşənlər evlərini dəyiş-düyüş etsinlər deyə möhlət vermişdilər. Atam-anam bizi Dilicana apardılar. Məktəbə öz sinfimizə getdik. Sinfin qapısını açanda uşaqlar Ellada gəlib deyə hamısı üstümə qaçdı. O bizim Dilicanda son görüşümüz idi. Bizi yenidən mart ayında Sumqayıta qaytardılar. 1989-cu ilin sonuna kimi xalam gildə qaldıq, orada oxuduq. Sonra Bakıya gəldik, 146 nömrəli məktəbi bitirdim”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir