Cəmiyyət

“Xəzər” Media Mərkəzi Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin seçim mərhələsinə ev sahibliyi edir – FOTO

Sharing is caring!


Xəzər Media Mərkəzi 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinə ev sahibliyi edir.

Oxu.Az xəbər verir ki, 1996-cı ildən keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutur. Sözügedən müsabiqədə xəbər sahəsində çalışan müxbirlər, rejissorlar, operatorlar və montajçıların hazırladığı materiallar 11 nominasiya üzrə mükafatlandırılacaq.

Bu il müsabiqəyə ümumilikdə 160-a yaxın video-görüntü təqdim olunub. Sentyabrın 3-də  İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.

Azərbaycandan müsabiqəyə göndərilən 30 görüntüyə isə bu gün “Xəzər” Media Mərkəzində yerli mütəxəssislərin təmsil olunduğu 26 nəfərdən ibarət münsiflər tərəfindən baxış keçirilib.

Tədbirdən sonra münsiflər heyətinə verilmiş xüsusi səsvermə vərəqələri toplanıb. Həmin vərəqələr əsasında idarə heyətinin üzvləri tərəfindən səsvermənin nəticələri müəyyənləşdiriləcək.

Sentyabrın 9-da isə “Xəzər” Media Mərkəzində keçiriləcək mətbuat konfransında isə qaliblərin adı açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin idarə heyətinin üzvlərinə Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara kimi tanınmış media təmsilçiləri daxildirlər.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir