Cəmiyyət

Azərbaycanın doqquz yaşayış məntəqəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Sharing is caring!


Azərbaycanın doqquz rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bununla bağlı Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, məhdudiyyətlər Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərində, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərdə, həmçinin Bakının Qaradağ rayonunda və Səbail rayonunun bir hissəsində olacaq.

İçməli suyun verilməsində məhdudiyyətlərin səbəbi isə son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləridir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir