İdman

“Barselona”nın sabiq kapitanı vəfat edib

Sharing is caring!


“Barselona”nın sabiq kapitanı Josep Fuste 82 yaşında vəfat edib.

Bu barədə aprelin 20-də klub öz saytında məlumat yayıb.

Yarımmüdafiəçi “Barselona”nın 1960-cı illərdəki ən xarizmatik oyunçularından biri olub.

Fuste “Barselona”nın heyətində 10 mövsüm keçirib, 406 matçda iştirak edib və 117 qol vurub. Komanda ilə birlikdə üç dəfə Kral Kubokunu və iki dəfə Yarmarkalar Kubokunu qazanıb.

Fuste İspaniya yığmasının heyətində səkkiz oyuna çıxıb və üç qol vurub. 1964-cü ildə o, Avropa çempionu olub.

O, karyerasını başa vurduqdan sonra “Barselona”nın veteran komandasında çıxış edib və klubun direktorlar şurasının müşaviri olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir